103 saylı seçki dairəsindən deputatlığa namizəd Elmar Musayevə ictimai dəstək davam edir.

Unikal.org xəbər verir ki, bu dəfə o, Qarabağ döyüşçüləri tərəfindən ciddi dəstək alıb və qazilər adından I qrup müharibə veteranı Sarvan Bəylər açıqlama yayıb.

O açıqlamada bildirib ki, Elmar Musayev qazilərinin problemlərinin aktuallaşmasinda, onların həllində müvafiq orqanlara müraciət edərək vacib rol oynayıb. Fəaliyyətində həmişə vətənpərvərlik hissini uca tutaraq, daim bu məsələlərdə aktiv rol oynayıb.

Qazi 9 fevral seçkilərində səslərinin Elmar Musayevdən yana olacağını açıqlayıb və hər kəsi dəstək olmağa çağırıb.