"Çox xoşbəxtəm ki, müğənniyəm. Arzuladığım həyatı yaşayıram".

Unikal.org xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Ona qalsa" verilişində deyib. Sənətçi xoşbəxt olmasından bəhs edib. O bildirib ki, uşaqlıq arzusuna çatıb:

"Uşaqlıqdan arzum ancaq bu olub. Hər zaman səhnədə olmaq istəmişəm. 15 ildir peşəkar səhnədəyəm. Xoşbəxtliyimi sözlə ifadə edə bilmirəm. İnsanların sevgisini maddiyatla almaq mümkün deyil. Ona görə də çox dəyərlidir".