Bu gün 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Zeyqəm Hüseynov  Xudat şəhər Mədəniyyət Evində seçicilərlə görüş keçirib.

Unikal.org xəbər verir ki, böyük izdihamla müşayət olunan görüşdə şəhər  sakinləri ilə yanaşı, ətraf kəndlərdən gəlmiş seçicilər də iştirak edib. Deputatlığa namizəd Zeyqəm Hüseynov çıxış edərək həyat yolu və seçki platformasından geniş bəhs edib. Çıxış edən seçicilər Z. Hüseynovun 10 il Xaçmaz rayonunda çalışdığını və onun insanların qayğısına qalan, eləcə də ədalətli bir şəxs olduğunu deyiblər.
Qeyd olunub ki, Z. Hüseynov  bu vaxta qədər  xaçmazlıların  problemlərinin həll edilməsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində çox böyük işlər görüb.
Seçicilər belə bir şəxsin əsl millətin vəkili olmasına layiq olduğunu diqqətə çatdırıblar və parlament seçkilərində yekdilliklə ona səs verəcəklərini bildiriblər.