Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Erasmus+ Bakı ofisinin təşkilatçılığı ilə 24 yanvar 2020-ci il tarixində “Ali təhsildə potensialın gücləndirilməsi” layihələrinin yazılması ilə bağlı sual-cavab sessiyası keçirilib.

Unikal.org xəbər verir ki, tədbirə Azərbaycanın 14 universitetindən nümayəndə qatılıb. 

Görüşün məqsədi Erasmus+ layihələrini işləyən komanda üzvlərini maraqlandıran texniki sualları cavablandırmaq, universitetlərarası Erasmus+ şəbəkəsini gücləndirmək, həmçinin nəzərdə tutulan son müraciət tarixinə kimi layihələrin uğurla yekunlaşdırılmasına dəstək göstərmək idi.