Azərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub.

AzTU-nun mətbuat xidmətindən Unikal.org-averilən məlumata görə, texnika elmləri namizədi, dosent Malik Qarayev Magistratura və doktorantura şöbəsinə müdir təyin olunub.

Malik Qarayev 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutunu)  fərqlənmə diplomu ilə bitirib. O, yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyinin polkovniki rütbəsi daşıyır və Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb. Əmək fəaliyyətini AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasının dosenti vəzifəsində davam etdirib.  

Qeyd edək ki, şöbənin bundan əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən dekan seçkisində iştirak edərək  “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib. O vaxtdan Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub.