Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 5-ci mikrorayon ərazisində keçirib.

Unikal.org xəbər verir ki, qəbulda 20-ə yaxın vətəndaşın təklif, müraciət və şikayətləri dinlənilib.

Şəhər rəhbəri qeyd edib ki, görülmüş işlər nəticəsində şəhər sakinlərini narahat edən məsələlər, mövcud problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub. Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür. Bunun nəticəsində bir neçə il öncə sakinlər tərəfindən qaldırılan problemlərlə bağlı müraciətlər demək olar ki, yoxdur.

Qəbulda vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə iştirak edən şəhər sakinləri Sumqayıt şəhərində son dövrlər görülən işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığıan görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.