Xəbər verdiyimiz kimi İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda ABŞ prezidenti Donald Tramp da iştirak edib. 

Unikal.org məlumat verir ki , qarla örtülü olan şəhərdə Davosda gəzdiyi ayaqqabılarla diqqət çəkib. Trampın ayaqqabıları jurnalistlərin obyektivinə tuş gəlib. 

Belə ki, Donald Tramp sürüşməmək üçün ayaqqabılarının altına rezin materialdan ibarət altlıq geyinib.