Rusiya Prezidenti Vladimir Putin İsraildə səfərdədir.

Unikal.org xəbər verir ki, Vladimir Putin 5-ci Ümumdünya Holokost Forumu ərəfəsində İsrailin Təl-Əviv şəhərinin aeroportuna enib.

5-ci Ümumdünya Holokost Forumu bu gün başlayacaq.

Qeyd edək ki, onlarla dünya lideri Osventsim konslageri dustaqlarının azad edilməsinin 75 illiyini qeyd etmək, antisemitizm və Holokostun inkarına dözümsüzlüyü bildirmək üçün Qüdsdə toplanırlar.