Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınan işsizlərin və təqaüdçülərin sayı məlum olub.

Unikal.org-un xəbərinə görə, deputatlığa namizədlərin 282-si işsiz, 40 nəfəri isə təqaüdçüdür.

Qeyd edək ki, deputatlığa namizədlərin sayı 1500 ötsə də, onlardan bir qismi namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1479 nəfərdir.

Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək.