Xaçmazda şadlıq sarayında fəhlənin ölümü ilə bağlı sahibkar həbs olunub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonda yerləşən “Aygün” restoranında Rəşid Məmmədovun hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı istintaq zamanı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

İş üzrə “Aygün” şadlıq sarayını icarə əsasında işlədən sahibkar, Quba rayon sakini Bəxtiyar Əmrahov obyektin təhlükəsizlik qaydalarına riayət etmədiyindən onun barəsində cinayət işi açılıb və barəsində üç ay həbs-qətimkan tədbiri seçilib.