Rumıniyanın paytaxtı Buxarestdən Londona uçan sərnişin təyyarəsinin içərisi bir anda tüstü ilə dolub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə qaldığı hava limanına təcili eniş edib. Tədqiqatlar nəticəsində bu hadisənin təyyarənin buzlanmanın qarşısını alan mexanizmində problem yarandığı üçün baş verdiyi məlum olub. 

Lentə alınan görüntülərdə sərnişinlərin qışqırdıları, ağladıqları və təlaş içərisində olduqları aydın şəkildə görünür.