Azərbaycanın müxtəlif regional və beynəlxalq təşkilatlarda iştirakı praqmatizmə əsaslanır.

Unikal.org “İnterfaks Azərbaycan”a istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev Davosda “Strateji baxış: Avrasiya” mövzusunda konfransda bəyan edib.

“Azərbaycanın əsas ideologiyası – müstəqillik, özünü təmin etməkdir. Mən, prezident kimi, Azərbaycanı özünü təmin edən, heç kəsdən asılı olmayan dövlətə çevirməyi qarşıma məqsəd qoydum. Digər sözlə desək, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu siyasi müstəqilliyin təməlidir”.

Prezident 2019-cu il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən də danışıb: “Yaxın aylarda əhaliyə etimad etdikləri şəxsləri seçmək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra isə parlament islahatların vacib hissəsi olacaq. Biz siyasi-iqtisadi sahədə ciddi islahatlar aparmağa müvəffəq olduq. Nailiyyətlərimiz Ümumdünya İqtisadi Forumun qiymətləndirilməsi və Davos İqtisadi Forumun işində öz əksini tapıb”.

İ.Əliyev əlavə edib ki, həyata keçirilən islahatlar çərçivəsində hökumətin tərkibi yenilənib. “Hökumətdə yeni adamlar var. Onlar yüksək səviyyədə təhsil almış və müsir dünyagörüşləri olan gənclərdir. Mən dəfələrlə demişəm ki, XXI əsrdə uğur qazanmaq yalnız XX əsrin baxışlarına riayət etmədən mümkündür. Bu səbəbdən, nəinki hökumətdə, həm də Prezident Administrasiyasında yeni adamlar lazımdır. Burada da böyük dəyişikliklər baş verib".