Ölkə əhalisinin sayı ilin əvvəlindən 78737 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10 060 194 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.