Yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılacaq.

Unikal.org Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, həmin tarixədək qəbul edilmiş sorğuların icrası davam etdiriləcək.

Sorğuların qəbulunun müvəqqəti dayandırılması məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.