Rusiyanın Bryansk vilayətində ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, 19 yaşlı Nəcib adlı azərbaycanlının idarə etdiyi “Toyota Camry” markalı avtomobil əks istiqamətdə hərəkət edən “Skoda Octavia” ilə toqquşub.

Qəza nəticəsində “Skoda Octavia”da olan 26 yaşlı sərnişin dünyasını dəyişib. Həmin avtomobildən çıxarılan digər yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən sürücü saxlanılıb, faktla bağlı araşdırma aparılır.