Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Seçki Dairəsindən namizədi İqbal Məmmədov bu gün 20 Yanvar hüzn günü ilə əlaqədar YAP Lerik Rayon Təşkilatında yaradılmış seçki qərargahının üzvləri ilə birlikdə Lerik şəhərindəki “Şəhidlər” abidə-kompleksini ziyarət edib.

“Sonra Lerik şəhərində yaşayan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşümüz oldu. Onlarla söhbət zamanı cənab Prezident tərəfindən bu kateqoriyadan olan insanlara göstərilən qayğı və diqqət xüsusi ilə vurğulandı. Şəhid ailələri və Qarabağ əlilləri onlara göstərilən yüksək qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər”, - İ.Məmmədov “Feysbuk” səhifəsində yazıb.