20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini böyük hörmət və ehtiramla yad etmək məqsədi ilə saat 12:00-da “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində bir dəqiqəlik sükut olub.

Unikal.org xəbər verir ki, mərkəzin ərazisində bütün avtobusların hərəkəti bir dəqiqəlik dayandırılıb və eyni anda səs siqnalı verilib.