Sumqayıt ŞPİ 4-cü PB–nin əməkdaşları tərəfindən M.Mayılov adlı şəxs oğurluq üstündə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mərbuat xidmətindən Unikal.org-a verilən məlumata əsasən, oğurluq etdiyinə görə tutulmuş M.Mayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 1-dən 12-dək olan müddətdə şəhər sakini olan 4 nəfərin velosipedlərini oğurlaması da müəyyən edilib.