Rusiyada 35 yaşlı məktəb direktoru keçmiş sevgilisinin həyat yoldaşı üçün şeytanın da ağlına gəlməyəcək dəhşətli bir hadisə gəlib.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, direktor qadın onun məktəbindən məzun olmuş iki şagirdinə pul verərək keçmiş sevgilisi Mixail Xananaşvilinin həyat yoldaşını bıçaqlatdırıb. 

35 yaşlı Vasilisa Maslova Rusiyanın ən məşhur özəl məktəblərinin birində direktor vəzifəsində çalışır. Burada zəngin və elit rus ailələrinin övladları təhsil alır. 

Ölümcül aşk üçgeni! Okul müdiresi eski aşkının eşini 6 yerinden bıçaklattı
Şagirdlər keçmiş direktorlarının göstərişinə əməl ediblər. 21 yaşlı Nikolay Frolov və 20 yaşlı İrina Poqarçenko 37 yaşlı Svetlanaya hücum edərək ona altı bıçaq zərbəsi ilə ağır xəsarət yetiriblər.

4 litrə yaxın qan itirən qadın ətrafdakılar tərəfindən xəstəxanaya çatdırılıb. 

Ölümcül aşk üçgeni! Okul müdiresi eski aşkının eşini 6 yerinden bıçaklattı

Yerli qəzetlər Moskvalı siyasətçi Xananaşvili ilə Vasilisa Maslovanın gizli eşq yaşadıqlarını və sevgili olduqlarını yazıb. Liberal siyasi partiya "Yablokoparty"nin üzvü olan siyasətçi Mixail Xananashvili isə Vasilisa ilə sevgili olduqları iddiasını qəti şəkildə rədd edib. 

Vasilisanın vəkilləri qadının hamilə olduğunu və atasının Mixail Xananaşvilinin olduğunu iddia ediblər.

Ölümcül aşk üçgeni! Okul müdiresi eski aşkının eşini 6 yerinden bıçaklattı

Üç dildə danışan və uğurlu karyerası olan Vasilisa həmkarları və iş yoldaşları tərəfindən istedadlı bir müəllim, cəsur və gözəl qadın kimi təsvir edilib.