Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, E.Əliyeva 89 yaşında vəfat edib.

E.Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib.

Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. 1987-ci ildə Azərinformda (indiki AZƏRTAC) işləməyə başlayıb.

Allah rəhmət eləsin!