Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

BDYPİ-nin Yol Patrul Xidməti Şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb. Belə ki, o, İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.