Bakıda baş verən yanğında ölən Şri-Lankadan olan üç tələbənin meyiti paytaxt Kolomboya çatdırılıb.

Unikal.org xəbər verir ki, meyitin aparılması Şri-Lankanın Tehran və Dohadakı diplomatik nümayəndəliklərinin vasitəçiliyi ilə həyata keçirilib.