İlk dəfə yeni formatda keçirilən İspaniya Superkuboku başa çatıb.

Unikal.org xəbər verir ki, Səudiyyə Ərəbistanında təşkil olunan turnirin finalında Madrid təmsilçiləri üz-üzə gəliblər.

“Real”la “Atletiko” arasında paytaxt derbisinin əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib. Superkubokun sahibi penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan “Real” kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, yarımfinalda “Real” “Valensiya”ya 3:1, “Atletiko” “Barselona”ya 3:2 hesabı ilə qalib gəlib.