Futzal üzrə yığma komandamızın üzvü özünə yeni komanda tapıb.

Unikal.org xəbər verir ki, sözügedən futzalçı Rafael Vileladır (Karvalho dos Santos).  Hücumçu karyerasını İspaniyanın “Palma Futsal” komandasında davam etdirəcək. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

"Palma Futsal" komandası cari İspaniya çempionatında 16 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb.