"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir".

Unikal.org xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstanın Bakıdakı səfiri Nikolay Yankov ilə görüşdə deyib. 

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini vurğulayıb.