Rusiyanın Uxta şəhərindəki neftayırma müəssisəsində güclü partlayış baş verib, yanğın başlayıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyindən yanğının 1000 kvadratmetrədək sahəni əhatə etdiyini, hadisə nəticəsində bir nəfərin yüngül xəsarət aldığını bildiriblər.

Qeyd edək ki, partlayış baş verən zavod azərbaycanlı iş adamı Vahid Ələkbərovun “Lukoyl” şirkətinə aiddir.