İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində icraçı direktorun müavini təyin olunub.

Unikal.org  xəbər verir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn bu Mərkəzdə icraçı direktorun müavini vəzifəsinə təyin olunub.

Bu barədə əmri İİTKM-in icraçı direktoru Vüsal Qasımlı imzalayıb.

Ramil Hüseyn bu vaxta qədər İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışıb.