Gürcüstanın Marneuli rayonunun icra başçısı Zaur Darğallı bəyannaməsində yol verdiyi qeyri-dəqiqliyə görə cərimələnib.

Unikal.org “Report”a istinadən xəər verir ki,  Z.Darğallı bəyannaməsində bank hesabı və gəlirlərlə bağlı məlumatlarda səhvlərə yol verib.

Azərbaycanlı rayon rəhbəri təqdim etdiyi məlumatlarda qeyri-dəqiqliyə yol verdiyinə görə əməkhaqqısının 20%-i, lakin 500 laridən az olmayan məbləğdə cərimə olunub.

Gürcüstanın İctimai Xidmətlər Bürosunun monitorinqi zamanı nazir, deputat, hakim və digər yüksək vəzifəli şəxslərin ötən il üzrə, ümumilikdə, 607 bəyannaməsi yoxlanılıb.