Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov yenidən ata olub.

Unikal.org xəbər verir ki, 64 yaşlı biznesmenin 6-cı övladı dünyaya gəlib. Bu barədə F.Əhmədovun şəxsi "facebook" səhifəsində məlumat verilib. O yeni doğulan oğlunun adının Adəm olduğunu qeyd edib.  

Qeyd edək ki, Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədova ilə nikahından 2 oğlu, Anna Əhmədovadan isə bir oğlu, iki qızı var.  

Fərhad Əhmədov açıqlamalarından birində ilk həyat yoldaşının ona  oğlunun sinif yoldaşı ilə xəyanət etdiyini, 2000-ci ildə ondan boşandığını bildirmişdi.