Müğənni Roza Zərgərlinin oğlu 23 Dekabr Bələdiyyə seçkilərində Qaraçuxur Bələdiyyəsinə üzv seçilib.

Unikal.org xəbər verir ki, Corc Qafarov bu və digər məsələlərlə bağlı AZXEBER.COM-a müsahibə verib. 

-Corc ilk olaraq, bələdiyyə seçkilərində qalib gəldiyinizə görə sizi təbrik edirik. İstərdik ki, özünüz haqda məlumat verərdiz...

- Mən Corc Qafarov, aktyoram. Qaraçuxurda yaşayıram, bələdiyyə namizəd oldum və qalib gəldim.

- Sizin qələbəniz sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri iddia edir ki, ananız Roza Zərgərliyə görə qalıb gəlmisiz... 

- Bunlar hamısı boş sözlərdi, anam bu məsələdə kənarda idi. Ona görə yox, özümə görə seçilmişəm. Hər deyilən sözə inanmayın.

- Dediz ki, aktyorsuz. Bələdiyyə ictimai-siyasi fəaliyyətdir. Bundan sonra hansı sahədə fəaliyyətiniz davam edəcəksiz? 

- Bu haqda danışmaq tezdir. Zaman hər şeyi göstərəcək.

- Sizin rəqiblərdən biri tanınmış bloqqer Mehman Hüseynov idi. Ancaq qaliblərin siyahısında onun yox, sizin adınız var. Bu sizin üçün sürpriz oldu?

- Bu seçkidir, qalib gələn də olur, məğlub olan da. Acığı deyim qalib gəlməyim mənim üçün də sürpriz oldu. Bu nəticəni gözləmirdim.

- Sosial şəbəkələrdə sizi tənqid edənlər də var. Onlara nə demək istərdiz?

- Onlara sadəcə olaraq demək istəyirəm ki, mənim həyatımı araşdırsınlar. Mən pis insan deyiləm. Məncə bu kifayətdir.