Beyləqanda həbs edilən Qarabağ qazisi azadlığa buraxılıb. Həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişov Unikal.org-a müsahibə verib. O, başına gələn hadisənin təfərrüatlarını danışıb.

- Həbs olunmağınızın səbəbi nə idi?

 - Aprel ayında gedən döyüşlər zamanı orduda deyil, ön xəttdən 140 km aralıda olmuşam. Amma mən şəxsən Müdafiə Nazirliyinə ərizə yazaraq ön cəbhəyə göndərilməyimi xahiş etmişəm. Mən aprel döyüşlərinin canlı şahidiyəm. Niyə həbs olunduğumu da bilmirəm. İşin gedişində bildim ki, bu sifarişdir. Müstəntiqin işi bir tərəfli aparmağı məni özümdən çıxardı.Məndən şikayətçi olan Abbasəliyev Azər adlı şəxsdir. Mən bilirdim ki, şikayət olunacaq. Ona görə də keçən ayın 21-dən Cənab prezident İlham Əliyevə və digər dövlət qurumlarımlarına məktub göndərdim. Bildirdim ki, mənim şərlənmə ehtimalım var. Onlar məni şərləməyə başladılar. Beləqan Rayon Polis Şöbəsinin müstəntiqi Həmidli Həmid işi qərəzli apardı. İlk gündən ona  bu işi doğru araşdırmasını, əks halda bu işin sonuna qədər gedəcəyimi söylədim. Müstəntiq isə "get nə istəyirsən elə də et" dedi. 

-Əvvəllər həmin şəxslə aranızda hər-hansı ədavət olubmu?

- Bu proses 2006-cı ildən gedir. Əsas 2016-cı ildə yaralanandan sonra kəndə qayıdası oldum.Onlar da məni şərləmək qərarına gəldilər ki, kənddən məni uzaqlaşdırsınlar.

- Sizə qarşı cinayət məcələsinin hansı maddəsi ilə ittiham irəli sürülüb?

- Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (xuliqanlıq) ittiham olundum. Məni saxlayıb, sutkalıq kameraya salıb, bir gecə həbs elədilər. Səhəri gün isə məhkəməyə aparıldım. Məhkəmənin sədri məni dinləyib, hərbçi formasında məhkəməyə çıxardılar. Hətta hərbi geyimdə, yaxamda da medallar olduğu halda həbs olundum. İstəyirəm ki, hamı mənə kömək etsin və xuliqanlıq etmişəmsə, bunu sübut etsinlər. Ayın 11-i məni növbəti dəfə həbs elədilər. Məhkəmənin sədri özü vəkilə dedi ki, işdə cinayət tərkibi yoxdur. Əsas olmadığına görə mən onu həbs edirəm.10 gün müddətinə əsası təqdim edərsənsə mən onu ev dustaqlığına buraxaram.

-Başınıza gələn bu hadisə ilə bağlı harasa müraciət etdiniz?

- Həbs qərarından sonra məni polis idarəsində zirzəmiyə saldılar. Rəisə ərizə yazdıqdan sonra məni qəbul elədi və dedi ki, işimə baxılacaq. Sonra mətbuatda bu məsələ ictimailəşəndən sonra məni azad etdilər.

- Sizin haqqınızda açılan cinayət işinə xitam verildimi?

 - Mənə dedilər ki, heç yerə getməyib, gözləyim. Məndən şikayətçi olan 6-7 nəfərdir. Onlar da mənim tutulmağımı, ölümümü istəyirlər. Bu məsələ özümə də qaranlıq qalıb. Hazırda indi çarəsiz halda bu işin sonunun necə olacağını gözləyirəm.

Gülayə Mecid