Bakıda yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Atatürk prospekti 90 ünvanında "Niva" markalı, "08-BJ-838" dövlət seriya nişanlı avtomobil arxadan "Mercedes" markalı, "99-NL-651" dövlət seriya nişanlı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Qəza ilə əlaqədar prospektdə tıxac yaranıb.