Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğında xəsarət alan və tüstüdən zəhərlənənlərin durumuna aydınlıq gətirib.

Unikal.org-a nazirlikdən bildirilib ki, tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılan 4 nəfər və əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilən şəxs evə buraxılıb.

Qeyd edək ki, dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Təxminən, 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. 

Hazırda araşdırma işləri davam etdirilir.