"Euro Home" tikinti materialları  bazarının qarşısındakı avtomobillər ərazidən uzaqlaşdırılıb.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri bazarın qarşısında dayanan avtomobillərin pəncərələrini qıraraq maşınları ərazidən çıxarıblar.