"Euro Home" tikinti materialları  bazarında yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin helikopteri cəlb olunub. 

Unikal.org xəbər verir ki, yanğının söndürülməsi istiqamətində iş aparılır. 

 

09:31

***

09:06

Xəbər verdiyimiz kimi  "Euro Home" tikinti materialları  bazarında yanğın  başlayıb.

Unikal.org-un hadisə yerində olan əməkdaşının bildirdiyinə görə yamğın böyüyərək ətrafdakı evlərə yaxınlaşıb. Əraziyə FHN-nin çox sayda briqadası cəlb olunub.

****

Keramik materiallar satılan hissədən başlayan yanğın Bakı-Sumqayıt yolunu bürüyüb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

****

08:45

Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.