Odessada kollecdə baş vermiş yanğın nəticəsində həlak olanların sayı 10-a çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, dağıntılar altından daha 2 nəfərin cəsədi çıxarılıb. Bununla da həlak olanların sayı 10-a çatıb.

Hazırda onların kimliyi dəqiqləşdirilir. Daha a6nəfərin taleyi naməlum olaraq qalır.