Ümid Partiyası da növbəti ilim fevral ayının 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etməyi planlaşdırır.

Bu barədə partiya Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında qərar qəbul olunub. 

Unikal.org-un məlumatına görə, Ümid Partiyası Ali Məclisi 72 nəfərin namizədliyini təsdiqləyib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.

Həmçinin, Ana Vətən Partiyası da növbədənkənar parlament seçkilərində iştirak edəcək. Bununla bağlı qərar bu gün partiyanın Ali Məclisinin toplantısında qəbul edilib.