Ukraynanın Odessa universitetində yanğın baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 10 nəfər yaralanıb, 40 nəfər təxliyyə olunub.  Yanğın Odessa Universitetinin İqtisadiyyat və Sosial İş Fakültəsi binasında baş verib. Yanğının baş vermə səbəbini öyrənmək üçün araşdırma başladılıb.