51 yaşlı yunan milyarder Alki David Los-Ancelesdəki ofisində bir qadına təcavüz etdiyi üçün 58 milyon dollar (100 milyon manat) ödəyəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu rəqəm ABŞ-da belə bir cinayət üçün ödəniləcək ən böyük məbləğ olacaq. “Coca Cola” şirkətindən qalan mirasla milyon dollarlıq sərvətə qovuşan David köməkçisinə təcavüz edib. O daha əvvəl də oxşar cinayətlərlə məhkum olunub və eyni ildə 2 qadına təcavüz etdiyi səbəbi ilə 14 milyon dollar (25 milyon manat) təzminat ödəyib.