ABŞ-da vegetarian olduqları bilinən ana və ata 18 aylıq övladlarını düzgün qidalandırmadıqları üçün onun ölümünə səbəb olublar.

Unikal.org ABŞ mətbuatına istinadən xəbər verir ki, hadisə Floridada baş verib. Ölümə səbəb olma cinayəti ilə körpənin valideynləri həbs edilib. Uşağın vegeterian valideynləri onu manqo, ananas,rambutan, banan və avakado ilə bəslədiklərini etiraf ediblər. Onun düzgün qidalanmadığı üçün dünyasını dəyişdiyi məlum olub. 

Öz ovladlarının ölümünə səbəb olan valideynlər 250 min dollar (425 min manat) pul cəzası ilə birlikdə həbs ediliblər.