Xəbər verdiyimiz kimi dekabrın 3-də Londonda NATO-nun 70 illiyi münasibətilə quruma üzv ölkələrin Zirvə görüşü başlayıb. Görüşdən sonra İngiltərə kraliçası II Yelizaveta görüşdə iştirak edən NATO-ya üzv dövlət rəsmiləri üçün ziyafət verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sammitdə Fransa prezidenti Makronun Trampın yanında rahat şəkildə durması kameraların obyektivindən yan keçməyib. Ərdoğanla da görüşən Fransa liderinin münasibəti jurnalistlərin diqqətindən qaçmayıb. 

Türkiyə prezidentinin onun çiyininə əlini atması həm dünya mətbuatında, həm də sosial şəbəkədə  gündəm olub. Təkbətək görüşlər keçirən liderlərin davranışları jurnalistlərin diqqətindən yayınmayıb. 

Sosial mediada Makronun, Tramp və Ərdoğanla fotosunu paylaşan istifadəçilər aradakı fərqi gözlər önünə sərib və "Ərdoğan otaqda olmayan zaman Makron, Ərdoğan otaqda olanda Macron" sözlərini yazıblar.