Türkiyədə 47 qanunsuz miqrant saxlanılıb.

Bu barədə Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, qanunsuz miqrantlar İzmirdə aşkarlanıb. Belə ki, sahil mühafizəsi xidmətinə Dikili ərazisində içində qanunsuz miqrantların olduğu rezin qayığın aşkarlanması barədə məlumat daxil olub. Qayıq xidmətin əməkdaşları tərəfindən saxlanılıb. Qayığa baxış keçirilərkən 13 kişi, 10 qadın və 24 uşaq olmaqla, Əfqanıstandan olan 47 miqrant aşkarlanıb.