"Stranger Things" serialı ilə məşhurlaşan 15 yaşlı amerikalı aktrisa Millie Bobbi Braun yeni seriala çəkilir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yeniyetmə "Şerlok Holms" filminə dəvət alıb. Ekran işində dedektivin kiçik bacısı Enolanı canlandıracaq olan Brauna 6,1 milyon dollar təklif edilib. Filmin daha çox izlənəcəyi təqdirdə isə o, əlavə olaraq  800 min dollar əldə edəcək.

Qeyd edək ki, Millie Bobbi Braun bundan öncə çəkildiyi serialdan 3,2 milyon dollar əldə edib.