Müğənni Hadisə ötən gün yayımlanan "O səs Türkiyə"də ailəsi haqqında danışan qıza görə göz yaşlarını saxlaya bilməyib.

Unikal.org xəbər verir ki, sənətçi ağlayaraq, hər kəsi kövrəldib. Proqrama qatılan gənc qızın səsini bəyənən Hadisə dönüb. Müğənni kulisdə qızı gözləyən anası və qardaşını görüb, ağlamağa başlayıb.

Bir qardaşı olduğunu deyən ifaçı "Hazırda doğuşa giriblər, onun həyəcanını yaşayıram. Bibi oluram. Çox kövrəlmişəm, sabah da çəkilişim olduğuna görə gedə bilmirəm. Ona görə də bir azdan bir foto gələr, xoşbəxt olaram ümidini yaşayıram" ağlamağa başlayıb.

Hadisenin ağlayan halını görən Acun Ilıcalı "əgər çəkilişi ləğv etmək istəsən, edərəm. Sənin xoşbəxtliyin daha önəmlidir" deyib.

Bununla razılaşmayan sənətçi "Heç vaxt ailəmlə bağlı məsələləri açmadım. Mənim problemim heç kimi maraqlandırmır. Hər ailədə problem olur. Məşhur olduğum üçün mənim problemlərim yazılır. Ailəmiz ağır bir vəziyyətdən keçdi. Düşünürəm ki, doğulacaq körpə bizi daha da birləşdirəcək" sözlərini söyləyib.

Hadisə uşağa Melik Hamza adını qoyacaqlarını deyib.