Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev vəzifəsindən ayrılıb.

Unikal.org-un xəbərinə görə, bununla bağlı A.Mirzəyev məlumat verib:

"Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidməti vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm".

Qeyd edək ki, Ayaz Mirzəyev bu il aprelin 17-də sabiq Baş nazir Novruz Məmmədovun əmri ilə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilmişdi.