Qərbi Şeriada İsrail qüvvələrinin müdaxiləsi nəticəsində sol gözünü itirən jurnalistə dəstək aksiyası keçirlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İsrail qüvvələri etirazlara qatılan jurnalistlərə plastik mərmi və gözyaşardıcı qaz ilə müdaxilə edib.

İsrail hücumlarından sonra səkkiz jurnalist ağır yaralanıb, ən az üç jurnalist həbs olunub.

 Aksiyaya qatılan iştirakçılar hücumların dayandırılması və fələstinli jurnalistlərə qarşı şiddətin sonlandırılmasıyla bağlı sloqanlar səsləndiriblər.

Mərkəzi Ramallah olan Tərəfsiz İnsan Haqları Komissiyasının vəkili Fərid əl-Atraş
açıqlamasında bildirib ki, sol gözünü itirən fələstinli jurnalist Mouaz Amarnahı vuran İsrail əsgəri cəzalandırılmalıdır. 

Vəkil vurğulayıb ki, jurnalistlərin hədəfə alınması böyük bir haqsızlıq və beynəlxalq hüquqların çeynənməsidir.