ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyir və nümayişçilərə qarşı güc tətbiq olunmasını pisləyir.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Stefan Qrişemin bəyanatında deyilir.

"Birləşmiş Ştatlar İran xalqının rejimə qarşı dinc etirazlarını dəstəkləyir. Biz nümayişçilərə qarşı tətbiq edilən, ölümlə nəticələnən güc tətbiqini və sərt məhdudiyyətləri pisləyirik" - Ağ Evin açıqlamasında qeyd edilir.

Daha əvvəl İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Musəvi qeyd edirb ki, Tehran ABŞ-ın İranda etirazlar üzrə bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab edir. Bundan əvvəl Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, ABŞ-ın kütləvi etirazlar fonunda ölkədə internetin kəsilməsini pisləyir, o, həmçinin "çox əzab görmüş İran xalqına" ABŞ-ın dəstək verdiyini bildirib.

İranda benzinin qiymətlərinin qalxmasına görə etiraz aksiyaları keçirilir. Bildiriliri ki, cümə günü aksiyanın gedişatında bir nəfər həlak olub.