Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyasını davam etdirir.

Unikal.org xəbər verir ki, müxalifət nümayəndələri artıq parlamentin bütün giriş-çıxış qapılarını bağlayıb. Qapılara qıfıl vurulub. Eyni zamanda, parlamentin qapılarının qarşısında çadırlar qurulub.
Aksiya iştirakçıları bildiriblər ki, heç bir deputat qanunverici orqana buraxılmayacaq.

15:53

xxx

Gürcüstanın müxalifət partiyaları parlamentin binası qarşısında etiraz aksiyası keçirir.

Unikal.org xəbər verir ki, “Gürcüstanı dəyişək!” şüarı səsləndirən aksiya iştirakçılar müvəqqəti keçid hökumətinin yaradılmasını, həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Aksiyaya iki mindən çox insan qatılıb.