Nazirlər Kabineti Maliyyə Nazirliyinin Kollegiyasının tərkibinin dəyişdirilməsi haqqında qərar verib.

Unikal.org-un məlumatına görə, bununla əlaqədar “Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edilib.

Bu qərara əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri Maliyyə naziri, üzvləri Maliyyə nazirinin müavinləri, Aparat rəhbəri, Aparatının rəhbərinin müavini, Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi, Dövlət Xəzinədarlığı Agentliyinin direktoru, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru, Büdcə şöbəsinin müdiri, Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri, Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi olacaq.