İngiltərənin Çeltenam əyalətində yaşayan qadın 70 kilo arıqlayıb. Ancaq nəticə onun üçün elə də ürəkaçan olmayıb.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki,Viktoria Harries adlı  34 yaşlı qadın əvvəllər 144 kiloqram çəkidə olub. O, yeddi il öncə bir rəfiqəsinin toyunda şəkil çəkdirib. Dostları fotonu sosial şəbəkədə paylaşıb. Qadın özünə baxanda çox utanıb, işarələməni silib. Bundan sonra qərara gəlib ki, arıqlamalıdır. Fotonu soyuducunun üzərinə yapışdırıb və hər dəfə baxanda özünü arıqlamağa motivasiya edib.

Qadın pəhriz və idmanla 7 il ərzində 70 kq çəki atmağa nail olub. Hər gün 10000 addım atıb.  İndi onun çəkisi 74 kq-dır. Ancaq nəticə onu heç də sevindirməyib. Çünki onun qollarında, ayaqlarında və qarnında  10 kiloqram sallaq dəri var.

Çəki atdıqdan sonra da qadın güzgüdə özünə baxmağa utanır, hələ də istədiyi paltarları geyinə bilmir. Onu tanımayanlar hamilə olub olmadığını soruşurlar.

Hazırda artıq dərinin çıxarılması üçün Victorianın əməliyyata ehtiyacı var. Əməliyyatın dəyəri isə 9.5 min funt sterlinqdir. Qadın gərəkli pulu yığıb, nəhayət, arzuladığı bədən quruluşuna sahib olacağına ümid edir.